Sabahdan bu avtobuslar da kartla işləyəcək 

15:29 28.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabahdan etibarən 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov d/st. - Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

 

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.



Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə bu marşrutların hərəkət sxemi üzrə qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb.